Azərbaycanda yaşayış evləri və mənzillər 30-50 manata sığortalanacaq

Azərbaycanda yaşayış evləri və mənzillər 30-50 manata sığortalanacaq

17 Dekabr 2011 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Maliyyə Nazirliyinin qərarına görə, sığorta məbləği Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 25 min manatın, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki əmlak üzrə 20 min manatın, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə isə 15 min manatın 0,2%-i həcmində müəyyən edilib. Başqa sözlə desək, Bakda yaşayış evləri və mənzillərin icbari sığortası 50 manata, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manata, digər yaşayış məntəqələrində isə 30 manata başa gələcək. Daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanları, qaz anbarları, qaz kəmərləri, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. risklərdən sığortalayır. Dəyən zərərin həcmi bu məbləğdən artıq olanda əlavə kompensasiya dövlət tərəfindən ödəniləcək. Amma dövlət yalnız o əmlak sahiblərinə kompensasiya ödəyəcək ki, onlar əmlaklarını icbari sığorta etdirmiş olsunlar.

O.M.