Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (İAEA) Azərbaycan arasında müqavilə imzalanacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (İAEA) Azərbaycan arasında müqavilə imzalanacaq

17 Dekabr 2011 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında sterilizasiya qurğusunun alınması üzrə müqavilə dekabrın 21-də imzalanacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, müqaviləni Azərbaycan tərəfdən AMEA prezidenti Mahmud Kərimov imzalayacaq. Bununla əlaqədar dekabrın 19-da Mahmud Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Beynəlxalq Agentliyin mərkəzi qərargahının yerləşdiyi Vyana şəhərinə yola düşəcək. A.Qəribov deyib ki, bu ayın əvvəlində Azərbaycanın sterilizasiya qurğusu alması ilə bağlı elan edilən tenderin qalibi açıqlanıb. Tenderdə 6 şirkət iştirak edib, Macarıstan şirkəti qalib seçilib. Qurğunun Azərbaycana gələn ilin sonlarında gətiriləcəyi gözlənilir. O vaxta qədər isə Azərbaycanda qurğu üçün bina tikiləcək, kommunikasiyalar quraşdırılacaq.

Qeyd edək ki, Azərbaycanda sterilizasiya qurğusu üçün maliyyəni İAEA, radioaktiv izotop mənbələrinin pulunu isə Azərbaycan tərəfi ödəyəcək.

O.M.