Azərbaycan 60 ədəd pilotsuz uçuş aparatı istehsal edəcək

Azərbaycan 60 ədəd pilotsuz uçuş aparatı istehsal edəcək

17 Dekabr 2011 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Silahlı Qüvvələrin sifarişi üzrə 2012-ci ilin sonuna qədər 60 ədəd "Aerostar" və "Orbiter-2M" tipli pilotsuz uçuş aparatları istehsal edəcək. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir hazırda bu istiqamətdə işlər aparıldığını bildirib.

Qeyd edək ki, "Aerostar" və "Orbiter-2M" tipli pilotsuz uçuş aparatları Azərbaycan MSN-in "Şərq" İstehsalat Birliyi və İsrailin İAİ şirkəti ilə birgə yaradılmış "Azad SYSTEMS" şirkətində istehsal edilir.

O.M.