“Azərbaycan qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verir”

“Azərbaycan qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verir”

30 May 2018 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan beynəlxalq təbii qaz mərkəzinə çevrilib".

Azadinform xəbər verir ki, bunu Bakıda keçirilən XXV "Caspian Oil and Gas" konfransının "Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik" adlı plenar sessiyasındakı çıxışında Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuri Sentyurin bildirib. GECF sədri qeyd edib ki, Azərbaycan Qaz İxrac Edən Ölkələr Forumuna müşahidəçi qismində qoşulub: "Ötən müddətdə Azərbaycan GECF-in fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verib. Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumuna qoşulması bizim üçün mühüm idi. Çünki, Azərbaycan artıq beynəlxalq təbii qaz mərkəzinə çevrilib və qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verir".

Y. Sentyurin qeyd edib ki, 2040-cı ilədək təbii qaza olan tələbat artacaq və kömürün istehlakı azalacaq: "Buna Avropada, eləcə də Asiyada maye qaza (LNG) olan tələbatın çoxalması əsas təsir göstərəcək. Təbii qaz neftdən sonra ikinci əsas enerji növü olacaq".