Qəbiristanlıqda bu xidmət pullu olacaq

Qəbiristanlıqda bu xidmət pullu olacaq

24 May 2018 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

orpaq Məcəlləsinə edilən dəyişikliyə görə qəbiristanlıqlar altındakı torpaqlardan vergi toplanmayacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu teleqraf.com-a açıqlamasında "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda edilən dəyişikliyi şərh edən zaman bildirib.

Onun sözlərinə görə, bələdiyyə ərazisində yeni məzarlıq salınarsa, prosesin icrası bələdiyyələrə verilir: "Yeni dəyişiklik nəticəsində əhaliyə dəfn xidmətlərinin göstərilməsi, məzarlıq üçün yerin ayrılması və həmin ərazidə xidmətinin göstərilməsi bələdiyyələrə tapşırılıb. Eyni zamanda, ərazidə yeni məzarlıq salınarsa, prosesin icrası da bələdiyyələrə verilir.

Bir şəxs vəfat edən zaman yaxınları bələdiyyə müraciət edəcək və dəfn üçün yer ayrılacaq. Mövcud qəbiristanlıqlara xidmətin göstərilməsi, yəni ərazidə abadlıq işləri, əhaliyə əlavə pullu və pulsuz xidmətlər sırf həmin ərazinin bələdiyyəsi tərəfindən həyata keçirəcək".