"Məşədi Əzizbəyov" metrostansiyasının adı "Koroğlu" olacaq

"Məşədi Əzizbəyov" metrostansiyasının adı "Koroğlu" olacaq

13 Dekabr 2011 09:58
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq Bakı Komissarının adı əbədiyyətə qovuşur

Bir müddət əvvəl Hüseyn Cavid prospektində yenidənqurma işləri ilə əlaqədar Məşədi Əzizbəyovun heykəli ərazidən götürülmüşdü. Oxumeni.az-ın məlumatına görə, indi isə eyni adlı metrostansiyanın adının dəyişilməsi barədə qərar verilib. Beləcə, adıçəkilən stansiyada təmir işləri yekunlaşdıqdan sonra stansiyanın adı "Koroğlu" olacaq. Artıq stansiyadaxili lövhədə də "Koroğlu" sözü yazılıb. Sadəcə, üstü xüsusi örtüklə qapanıb.

Bakı Metropolitenindən faktı təsdiqləsələr də, "Məşədi Əzizbəyov" stansiyasının yeni adının nə olacağı barədə məlumat verilmədi.

Yeraltı şəhərin yeraltı işləri davam edir...

Aqil Hüseynov

O.M.