Sabah 8-ci kilometr yaşayış massivində 8 saat qaz olmayacaq

Sabah 8-ci kilometr yaşayış massivində 8 saat qaz olmayacaq

8 Dekabr 2011 17:13
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, Bakı şəhərinin Qara Qarayev prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar sabah saat 10:00-dan 18:00-dək "Nizami-ümumi" kollektorundan qidalanan "8-ci kilometr - Əsas" və "8-ci kilometr - Əlavə" qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq. İşlər aparılan müddətdə Nizami rayonunun 8-ci kilometr yaşayış massivinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

O.M.