
Bir neçə məktəb Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarına dəyişikliklər edilib. Nazirlər Kabineti məlumat verir ki, dəyişikliyə əsasən, "Şərur Peşə Liseyi", "Culfa Peşə Məktəbi", "Ordubad Peşə Məktəbi"nin adı "Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"ndan, "Ordubad şəhər M. Füzuli adına İnternat məktəbi"nin adı isə "Ümumi təhsil müəssisələri" bölməsindən çıxarılıb.
O.M.
Digər xəbərlər