Nazirlər Kabineti "2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul etdi

Nazirlər Kabineti "2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul etdi

8 Dekabr 2011 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Nazirlər Kabineti "2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

O.M.