Nəsimi, Yasamal və Binəqədi rayonlarına su fasilələrlə veriləcək
"Azərsu" ASC-dən verilən məlumata görə, əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün magistral kəmərlərin yenilənməsi işləri davam etdirilir. Bununla əlaqədar olaraq dekabrın 8-də Bakı şəhərinin Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə - I, II və III mikrorayonlara, II Alatava yaşayış massivi və Rəsulzadə qəsəbəsinin bəzi yerlərinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər olacaq.
O.M.
Digər xəbərlər