
TQDK sədri dərsliklərdə ciddi nöqsanlar haqda danışdı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda çap edilən orta məktəb dərsliklərində müəyyən nöqsanların olduğunu bildirib. TQDK sədrinin sözlərinə görə, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində də nöqsanlar mövcuddur: "Şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər". O, həmçinin qeyd edib ki, "Abituriyent" jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. Qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlər bu jurnalı oxumalıdırlar.
Təhsil Nazirliyi nəzdində Dərsliklərin Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə isə TQDK sədrinin fikirlərinə münasibət bildirərkən Biologiya və Tarix dərsliklərində olan səhvləri bu dərsliklərin yeni meyarlarla hazırlanmaması ilə əlaqələndirib.
O.M.