«Günay Sığorta» ASC-nin fəaliyyəti dayandırıldı
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən verilən məlumata görə, sığorta qanunvericiliyi, lisenziyanın tələbləri və qanunvericiliyə uyğun olaraq verilmiş sığorta nəzarəti orqanının icrası məcburi olan göstərişlərin yerinə yetirilməməsi ilə əlaqədar "Günay Sığorta" ASC-nin sığorta fəaliyyəti aparmaq hüququ verən 2008-ci il 14 avqust tarixli lisenziyanın qüvvəsi Nazirliyin müvafiq əmri ilə dayandırılıb. Xatırladaq ki, "Günay Sığorta" şirkətinin lisenziyası artıq ikinci dəfədir dayandırılır.
Şirkətin lisenziyasının qüvvəsi ilk dəfə 2010-cu il mayın
7-də dayandırılıb. Lisenziyanın dayandırılmasına əsas səbəb kimi həmin şirkətin
maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin
edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları
icra etməsi göstərilir. Lakin sonradan, 2010-cu ilin avqust ayında şirkətin
lisenziyası yenidən bərpa olunub.
Qeyd edək ki, "Günay Sığorta" şirkəti 1992-ci ildən
fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs
formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni
yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən
dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin
səhmdarları sırasına "Günaybank" (34,62%) və iki yerli fiziki şəxs (65,38%)
daxildir. Şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərib.
O.M.









































































.jpg)
.jpg)
.jpg)












