
2 gün ərzində Nəsimi, Yasamal və Nərimanov rayonlarına su fasilələrlə veriləcək
"Azərsu" ASC-nin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq məhəllədaxili su xətlərinin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır. ASC-dən verilən məlumata görə, bununla əlaqədar dekabrın 5-6-da Bakı şəhərinin Nəsimi, Yasamal, Nərimanov rayonlarının bir hissəsinə - Ş.Əzizbəyov, M.Topçubaşov, Mərdanov qardaşları, A.Qurbanov, S.Rəhimov, S.Vurğun, M.Füzuli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
O.M.
Digər xəbərlər