
Azərbaycanda "Rozeqlikazon" və "Sibutramin" dərmanları satışdan çıxarıldı
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, Azərbaycanda əsas dərman vasitələrinin siyahısı hazırlanıb və təsdiq edilib. 208 adda dərman preparatının adı olan siyahı nazirliyin Farmakoloji və farmakopeya ekspert şurasının qərarı ilə təsdiqlənib. Şuranın digər qərarına görə, "Rozeqlikazon" və "Sibutramin" dərman preparatlarının Azərbaycanda qeydiyyatı ləğv edilib. Həmin preparatların çoxsaylı fəsadlarının olduğu bildirilib.
Qeyd edək ki, "Rozeqlikazon" şəkərli diabet əleyhinə, "Sibutramin" isə arıqlamaq üçün nəzərdə tutulan dərman preparatlarıdır.
O.M.
Digər xəbərlər