Azərbaycan korrupsiya səviyyəsinə görə 182 ölkə arasında 143-cü yerə çıxdı

Azərbaycan korrupsiya səviyyəsinə görə 182 ölkə arasında 143-cü yerə çıxdı

1 Dekabr 2011 12:59
Bəyəndim (0) Bəyənmədim (0)
Qonşu Gürcüstan və Ermənistanda vəziyyət bizdən yaxşıdır

Transparency International beynəlxalq təşkilatı dünya ölkələrinin korrupsiya dərəcəsini əks etdirən yeni illik indeksini nəşr edib. Siyahıda 182 ölkə iştirak edir. Azərbaycan 10 xaldan 2.4 xalla 143-cü yeri tutub. Xatırladaq ki, ötən il ölkəmiz 134-cü yeri tutmuşdu. Qonşu Gürcüstan 4.1 xalla 64-cü yerin sahibi olub. Ermənistan isə 2.6 xalla 129-cu yerə layiq görülüb. Eyni xalı Dominikan Respublikası, Suriya, Filippin və Honduras alıb. Ən korrupsiyasız ölkə 9.5 xalla Yeni Zellandiya elan edilib. İlk onluğa Danimarka, İsveç, İsveçrə, Finlandiya, Niderland, Avstriya, Kanada, Sinqapur və İslandiya da daxil olublar. Qardaş Türkiyə isə 4.2 xalla 61-ci yerə layiq görülüb. İran 2.7 xalla 120-ci yeri mənimsəyib. Rusiya Federasiyası 2.4 xalla 143-cü yeri Toqo, Uqanda və Azərbaycanla bölüşüb. Ən korrupsiyalı ölkələr 1 xalla Somali və Şimali Koreya sayılıblar.

Transparency International beynəlxalq təşkilatı sənədi tərtib edərkən iqtisadçı ekspertlərin, tanınmış iş adamlarının təhlili nəticəsində dövlət sektorunda kök salmış korrupsiya hallarını müəyyən edir.

Xatırladaq ki, xallar artdıqca ölkələrin korrupsiya indeksi aşağı düşür.

O.M.