İş yerlərində baş verən bədbəxt hadisələr ötən ilə nisbətən 73 hal artıb

İş yerlərində baş verən bədbəxt hadisələr ötən ilə nisbətən 73 hal artıb

30 Noyabr 2011 11:03
838
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev bildirir ki, iş yerlərində baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 hal artıb. Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün Dövlət Əmək Müfəttişliyi sosial tərəfdaşlarla, yəni həmkarlar ittifaqları, sahibkarlar konfederasiyası ilə birgə tez-tez tədbirlər keçirir. R.Tağıyev qeyd edib ki, iş yerlərində bədbəxt hadisələrin sayının çoxluğu işə götürənlərin iş yerlərində əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik qaydaları yaradılması tədbirlərinə laqeyd münasibət göstərməsi nəticəsində baş verir. Nazirlik rəsmisi bu ilin 10 ayı ərzində 300-ə qədər bədbəxt hadisə baş verdiyini, Nəticədə 83 nəfərin dünyasını dəyişdiyini bildirib: "Bu hallar ən çox tikinti və neft sektorunda baş verib. Təkcə 7 nəfər daş karxanasında ölüb. Karxanalarda fəhlələr kombayna düşüblər. Biz bir neçə daş karxanasında həmin kombaynların fəaliyyətini dayandırmışıq". R.Tağıyev iş yerlərində baş vermiş bədbəxt hadisələrlə bağlı prokurorluq orqanlarında da araşdırmalar aparıldığını, həbs tədbirlərinin görülməsini istisna etmədiyini qeyd edib.

İnsan həyatı ən dəyərli varlıqdır...

Hafiz Əhədov

O.M.