Çindən İtaliyaya gedən qatar Azərbaycandan keçəcək

Çindən İtaliyaya gedən qatar Azərbaycandan keçəcək

27 Fevral 2018 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Çin sayca mininci yük qatarını Çin-Avropa marşrutu ilə yola salıb.

Qatar Sintszyan-Uyğur muxtar rayonundan yola düşüb.

Azərbaycan ərazisindən keçəcək qatar Xəzər dənizində Ro-Ro tipli gəmi ilə Ələt Beynəlxalq dəniz ticarət limanına gələcək və oradan Gürcüstana yola düşəcək. Qatar vasitəsilə Neapol şəhərinə yük çatdırılacaq.

10,5 min kilometrlik məsafənin 25 günə qət olunacağı nəzərdə tutulur.Trend