Ötən il Rusiyadan Ermənistana 1 milyard dollar köçürülüb

Ötən il Rusiyadan Ermənistana 1 milyard dollar köçürülüb

2 Fevral 2018 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

2017-ci ildə Rusiyadan Ermənistana 1milyard 64,9 milyon dollar göndərilib. Mediainfo.az-ın Vestikavkaza.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Bankından bildiriblər. Bu, 2016-cı illə müqayisədə 168 milyon dollar çoxdur.

Ümumu götürdükdə isə 2017-ci ildə Ermənistana xarici ölkələrdən 1 milyard 756,4 milyon dollar göndərilib ki, bu da 2016-ci ildəkindən 223.6 milyon dollar artıqdır. Eyni zamanda 2017-ci ildə Ermənistandan xaricə 231,2 milyon dollar göndərilib.