2030-cu ildə metroda 5 xətt, 76 stansiya olacaq

2030-cu ildə metroda 5 xətt, 76 stansiya olacaq

8 Noyabr 2011 17:43
Bəyəndim (1) Bəyənmədim (0)
Metro yolları 119 km məsafə ilə bütün Bakını əhatə edəcək

Uzunmüddətli perspektivdə Bakı Metropoliteninin xətlərinin sayı 5-ə, stansiyaların sayı 76-ya, ümumi yolların uzunluğu isə 119 km-dək çatdırılacaq. Bu barədə jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. Onun sözlərinə görə, hazırda Bakı Metropoliteninin 2 xətti, 23 stansiyası və 31,5 km-ə yaxın yolu mövcuddur: "Bakı Metropoliteninin İnkişaf Planına əsasən, 2030-cu ildə xətlərin sayının 5-ə, stansiyaların sayının 76-ya, yolların ümumi uzunluğunun isə 119 kilometrə çatdırılması nəzərdə tutulur. Bu da Bakı şəhərini tam əhatə edəcək, yəni hər bir stansiya arası məsafə 900 metrdən çox olmayacaq".
Yeni metro stansiyalarının tikintisindən danışan T.Əhmədov onu da bildirib ki, artıq 2011-ci ildə "Dərnəgül" stansiyası təhvil verilib: "Biz 2013-cü ilin sonuna "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını, 2015-ci ilin sonunadək isə "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyalarını istifadəyə vermək niyyətindəyik. Onu da qeyd etmək istərdim ki, "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları 7 vaqonluq olacaq. Əgər hazırda stansiyaların platformaları 5 vaqonluqdursa, bu iki stansiyalar 7 vaqonluq olacaq. Vaqonlar paslanmayan dəmirdən, enli və kondisionerli olacaq".

Yerin altında Bakıdan böyük şəhər inşa edilir...

Hafiz Əhmədov

O.M.