
Dəmir yolu reyslərinin qrafikinə dəyişiklik edilir
Oktyabrın 30-dan "Azərbaycan Dəmir Yolları" QSC-nin qış vaxtına keçidi ilə əlaqədar beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirir ki, Bakı-Moskva sərnişin qatarı oktyabrın 31-dən etibarən həftənin I, III, V günləri saat 20:55-də Bakıdan yola düşəcək, həftənin II, IV, VII günləri saat 05:10-da Bakıya çatacaq.
Bundan başqa, Bakı-Kiyev sərnişin qatarı həftənin II
günləri saat 23:30-da Bakıdan yola düşəcək, həftənin II günləri saat 02:45-də
Bakıya çatacaq, Bakı-Tbilisi sərnişin qatarı hər gün saat 20:45-də Bakıdan yola
düşəcək, hər gün saat 10:20-də Bakıya çatacaq, Bakı-Sankt-Peterburq sərnişin
qatarı həftənin III günləri saat 23:30-da Bakıdan yola düşəcək, saat 05:10-da
Bakıya çatacaq, Bakı-Xarkov sərnişin qatarı həftənin IV günləri saat 23:30-da
Bakıdan yola düşəcək, həftənin III günləri saat 02:45-də Bakıya çatacaq.
Bununla yanaşı, oktyabr 30-dan Bakı-Tümen sərnişin qatarı
günaşırı (ayın cüt tarixləri) 05:00-da Bakıdan yola düşəcək, günaşırı (ayın cüt
tarixlərində) 00:25-də Bakıya çatacaq, Bakı-Rostov sərnişin qatarı həftənin I
və VI günləri saat 23:30-da Bakıdan yola düşəcək və həftənin I və VI günləri
saat 05:10-da Bakıya çatacaq.
Bundan başqa, yerli istiqamətdə hərəkət edən bəzi
qatarların Bakıya çatma vaxtlarında da bəzi dəyişikliklər ediləcək. Belə ki,
Bakı-Mingəçevir ekspress qatarı Bakıya saat 15:02-də deyil, saat 14:53-də,
Bakı-Astara ekspress qatarı isə saat 23:30-da deyil, saat 23:20-də Bakıya
çatacaq.
Qanunlar dəyişir, həyat qatarı isə sonuncu dayanacağa doğru irəliləyir...
Hafiz Əhmədov
O.M.