
Sumqayıtda qanunsuz fəaliyyət göstərən 6 aptek bağlanıb
18 aptekdən ümumilikdə 769 qutu yararsız dərman götürülüb
Səhiyyə Nazirliyinin məlumatına görə, nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi qanunsuz apteklərə və yararsız dərmanlara qarşı mübarizə və əczaxanaların şəraitini gözdən keçirmək məqsədi ilə yenidən reydlərə başlayıb.
Bildirilir ki, bu günlərdə Sumqayıt şəhərində 18 aptekə
baxış keçirilib, onlardan 6-nın fəaliyyəti dayandırılıb. Həmin apteklərin
qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Əczaxanalarda sertifikatsız
preparatların satıldığı da məlum olub.
18 aptekdən ümumilikdə 769 qutu yararsız dərman götürülüb.
Onlardan 407 qutusu dövlət apteklərinin, 362 qutusu isə fəaliyyəti
dayandırılmış qanunsuz apteklərin payına düşüb.
Hər bir dərdin dərmanı qanundur...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər