"Texnikabank" DİVDİB sədrinin baş prokurora müraciətinə münasibət bildirib

"Texnikabank" DİVDİB sədrinin baş prokurora müraciətinə münasibət bildirib

22 Oktyabr 2011 19:57
Bəyəndim (0) Bəyənmədim (0)
Bank İctimai Birliklə üz-üzə qaldı

"Texnikabank" ASC Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin sədri Abdulla Abdullayevin Baş Prokuror Zakir Qaralova ünvanladığı müraciətinə münasibət bildirib. "Texnikabank" ASC-nin mətbuat xidmətindən məlumatda qeyd olunur ki, A. Abdullayevin dolayısı və ya birbaşa rəhbərlik etdiyi bir neçə şirkətin bank qarşısında kredit öhdəliyi mövcuddur. Mövcud kredit öhdəliklərinin dəfələrlə qaytarılma müddətinin uzadılmasına, restrukturizasiya edilməsinə baxmayaraq A. Abdullayevin rəhbərlik etdiyi şirkətlər bank qarşısında olan öhdəliklərini müxtəlif bəhanələrlə icra etməyiblər: "Bank qanunvericiliyə müvafiq olaraq hüquq mühafizə orqanları qarşısında həmin şirkətlərin öhdəliklərinin yerinə yetirilməməsi səbəblərinin araşdırılması üçün iddia qaldırılıb. Müəyyən edilib ki, kredit resursları həmin şirkətlər tərəfindən təyinatına uyğun xərclənməyib və israfçılığa yol verilərək mənimsənilib. Abdulla Abdullayev və onun rəhbərlik etdiyi şirkətlər müxtəlif bəhanələrlə bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsindən yayınmaqla hüquq mühafizə orqanlarına və onun işçilərinə qarşı şər-böhtan atır, banka isə guya Abdulla Abdullayevin əmlakının ələ keçirilməsi kimi ədalətsiz iddialar irəli sürürlər". Məlumatda həmçinin bildirilir ki, AMAY. şirkətinin rəhbərliyi və onun ətrafına toplaşan bir sıra insan kredit resurslarını təyinatına uyğun istifadə etməməklə əməllərində cinayət tərkibi olmasını, müvafiq qaydada cinayət törətdiklərini dərk edir və A. Abdullayev indi də Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyi adından çıxış edərək, ictimaiyyət arasında çaşqınlıq yaratmaqla öhdəliklərinin yerinə yetirilməsini təmin etmir və hüquq mühafizə orqanlarına şər-böhtan yağdıraraq, məhkəmə orqanlarına bu cür təsir etməklə, eyni zamanda özünə demokratik imic yaradaraq öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmağa cəhd göstərir: "Biz bir daha bəyan edirik ki, Texnikabank Abdulla Abdullayev və onun rəhbərlik etdiyi şirkətlərə məxsus heç bir əmlakın ələ keçirilməsinə iddiaçı deyil Bank Abdulla Abdullayev və onun rəhbərlik etdiyi şirkətlərdən banka məxsus kredit resurslarının qaytarılmasını tələb edir və qanunvericiliyin bütün tələblərindən istifadə edərək mənimsənilmiş resursların qaytarılmasına nail olacaqdır. Abdulla Abdullayev banklardan və digər dövlət təşkilatlarından götürdüyü kredit resurslarını mənimsəmək, vətəndaşları aldatmaqla vəsaitlərini mənimsəyərək, özünün dediyi kimi erməni xisləti siyasətini yaradaraq dolayısı yolla elə erməni siyasəti apardığını açıqlayıb. Biz hesab edirik və Abdulla Abdullayevə tövsiyə edirik ki, şər-böhtan atmaqdan, şantaj xarakterli hərəkətlərə yol verməkdən və bununla da kredit resurslarını təmin etməkdən yayınmaqdansa, likvid aktivlərini bazarda dəyərləndirərək satışını təmin etsin və mövcud öhdəliklərini yerinə yetirsin".

"Texnikabank" ASC hesab edir ki, ölkədə bank sektorunun dayanıqlılığını təmin etmək məqsədi ilə verilən hər bir kredit məbləğinin vaxtında geri qaytarılması üçün hüquqi müstəvidə və Azərbaycan Respublikası qanunvericiliyini ali tutaraq müvafiq tədbirlər görülməsi hər bir bankın borcudur və Abdulla Abdullayevin Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyi adından istifadə edərək özünü müdafiə etmək cəhdi son dərəcə təhlükəli olmaqla biznes aləmində yolverilməz və utancverici hərəkətlərdir.

Pul əl çirkidir. Ona görə də həddən artıq çox pulu olan insanlar çirkaba batırlar...

Sərvər Aslanov

O.M.