S.Müslümov gələn ilin I rübündə pensiyaların artırılacağına işarə etdi

S.Müslümov gələn ilin I rübündə pensiyaların artırılacağına işarə etdi

21 Oktyabr 2011 17:01
Bəyəndim (0) Bəyənmədim (0)
"Sosial sığorta haqları nəzərdə tutulmuş məbləğə uyğun olacaqsa, pensiyaların baza hissəsi artırılacaq"

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, əgər sosial sığorta haqlarının yığımında yüksək artım müşahidə olunacaqsa, ölkədə pensiyaların baza hissəsini artırmaq üçün imkan yaranacaq. "Əmək pensiyaları haqqında" qanuna görə, əmək pensiyalarının baza hissəsinin maliyyələşməsi dövlət büdcəsindən transfertlər və sosial sığorta haqlarının yığılmaları hesabına həyata keçirilir. Sosial sığorta haqları nəzərdə tutulmuş məbləğə uyğun və artıq olacaqsa, pensiyaların baza hissəsi artırılacaq" - deyə S.Müslümov qeyd edib.

Qocalıqdan cavanlıqda sığortalanmaq lazımdır

Hafiz Əhmədov

O.M.