Tiqran Sarkisyan Vladimir Putindən 2 mlrd.$ borc istədi

Tiqran Sarkisyan Vladimir Putindən 2 mlrd.$ borc istədi

21 Oktyabr 2011 11:29
Bəyəndim (0) Bəyənmədim (0)
Vladimir Putin ona mədəni surətdə rədd cavabı verdi

Ermənistanın "Jovoxurd" qəzetinin məlumatına görə, bu ölkənin baş naziri Tiqran Sarkisyan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ondan 2 mlrd. $ məbləğində borc istəyib. Deyilənə görə, Putin ona mədəni surətdə rədd cavabı verib. Bununla belə, ehtimal olunur ki, kredit istəyi yaxın zamanda AvroAz İqtisadi Şurasının fondu tərəfindən 1 mlrd həcmində təmin oluna bilər. Ermənistan baş naziri bu məbləğin "Şimal-Cənub" avtomagistralının və bir sıra infrastrukturun inşaatı üçün nəzərdə tutulduğunu bildirib.

Qəzetin məlumatına görə, AvroAz İqtisadi Şurası 10 mlrd. $ məbləğində fond yaradıb. Bu yaxınlarda Belorus da həmin fonddan 3 mln kredit istəmişdi. Lakin bu istək qismən təmin olunmuşdu.

Rusiya Federasiyası Avrasiya adı ilə SSRİ imperiyasını bərpa etmək istəyir. Görünür, Ermənistan və Belorus kimi Rusiyanın dotasiyası ilə mövcud olan ölkələr onun bu istəyini ürəyində qoyacaqlar...

Sərvər Aslanov

O.M.