Azərbaycanın xarici ticarət dövriyyəsi 20,2 % artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 20,2 % artıb

19 Oktyabr 2011 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 146 xarici ölkə ilə 23,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar. Əmtəə mübadiləsinin 4 milyard dolları MDB üzvü dövlətləri, 19,7 milyard dolları digər ölkələrlə həyata keçirilib. Ötən ilin səkkiz ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 5,9%, o cümlədən MDB üzvü dövlətləri üzrə 30%, digər dövlətlər üzrə isə 2,4% çox olub. Xarici ticarət dövriyyəsinin 17,8 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,9 milyard dollarını ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə 11,9 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 28%, idxalın həcmi 47,5%, müsbət saldo isə 20,2% artıb. Hesabat dövründə xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,3%-i) İtaliya, Fransa, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Almaniya, İsrail, Belarus, Çin və Gürcüstan dövlətləri ilə aparılıb.

O.M.