
ARDNŞ Türkiyədəki zavoda 5.5 mlrd sərmayə qoydu
Oktyabrın 25-də Türkiyənin Əliağa bölgəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiyası ilə tikilən neft emalı zavodunun təməlqoyma mərasimi keçiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, bu, Türkiyədə ən böyük zavodlardan
biri olacaq və layihəyə 5,5 milyard dollar investisiya qoyulacaq. Ən müasir
standartlara cavab verəcək neft emalı zavodu Azərbaycanın Türkiyənin enerji
bazarında rolunu möhkəmləndirəcək.
"Dörd ildən sonra ilk qurğuları işə salıb zavodu istismara
verəcəyik. Bu, Azərbaycanın enerji sahəsində ən böyük investisiya layihəsi
olacaq" - deyə R.Abdullayev qeyd edib. ARDNŞ prezidenti zavodun təməlqoyma
mərasimi çərçivəsində Türkiyə və Azərbaycan arasında qaz razılaşmasının
imzalanacağını istisna etməyib.
O.M.