Bakının mərkəzində hündürmərtəbəli binalar tikilməyəcək

Bakının mərkəzində hündürmərtəbəli binalar tikilməyəcək

18 Oktyabr 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)
İndən belə ancaq 5-7 mərtəbəli binaların tikintisinə icazə veriləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev jurnalistlərlə görüşündə bildirib ki, indən belə Bakının mərkəzində ancaq 5-7 mərtəbəli binaların tikintisinə icazə veriləcək. Onun sözlərinə görə, müvafiq müfəssəl plan Komitə tərəfindən hazırlanıb. İlin sonuna kimi hökumət orqanlarından rəy və təkliflər alınacaq, sonra isə təsdiq üçün Bakı şəhər İcra Hakimiyyətinə və ya hökumətə təsdiq olunacaq. C.Qocayev onu da qeyd edib ki, hündürmərtəbəli binaların tikintisi sahəsi 1550 min hektar olan ərazidə qadağan olunacaq. Bu ərazi "AMAY" ticarət mərkəzi, Nərimanov prospekti və Bakıxanov küçəsi arasında yerləşir.

O.M.