ABŞ tarixində II böyük maliyyə böhranı yaşandı

ABŞ tarixində II böyük maliyyə böhranı yaşandı

17 Oktyabr 2011 10:03
Bəyəndim (0) Bəyənmədim (0)
Ümumdünya iqtisadi böhranı bir neçə il də davam edəcək

İnterfax.ru xəbər agentliyi ABŞ-ın Maliyyə nazirliyinə istinadən xəbər verir ki, 2011-ci ili bu ölkənin büdcəsində 1.299 trilyon dollar büdcə kəsiri müşahidə olunub. Bu isə ÜDM-nin 8.7 %-i deməkdir. Keçən il bu göstərici 1.294 trilyon dolara və ya 8.9% ÜDM-yə bərabər idi. 30 sentyabrda açıqlanan son iqtisadi göstərici ABŞ tarixində ən acınacaqlılardan biri sayılır. Büdcənin xərc hissəsi gəlirdən 64.6 milyard dollar artıq olmaqla ötən ilki 34.6 milyard dolları geridə qoymuşdur. Odur ki, Konqresdə 2 partiyalı komissiya təşkil olunub. Komissiya 23 noyabradək büdcənin konsolidasiyasına aid xüsusi proqram təqdim edəcək. Konqres yeni layihəni 23 dekabra qədər qəbul etməsə, büdcənin avtomatik tənzimləmə mexanizmi işə düşəcək ki, bu da 2013-cü il üçün xərclərin 12 % azaldılması nəzərdə tutur.

ABŞ-dakı maliyyə böhranı ilə yanaşı Avropanın da iqtisadi və maliyyə böhranında sıxıldığını nəzərə alsaq, ümumdünya iqtisadi böhranının hələ bir neçə il də davam edəcəyini görə bilərik.

Natiq Qocaman

O.M.