
Küveytdən Bakıya birbaşa aviareys açılır
Küveytin "Jazeera Airways" aviaşirkəti gələn aydan Bakıya müntəzəm uçuşlara başlayacaq.
Apa xəbər verir ki, aviaşirkət iyunun 23-dən etibarən həftədə 2 dəfə - bazar ertəsi və cümə günləri Əl-Küveytdən birbaşa Bakıya uçuşlar yerinə yetirəcək.
"Bakı turizmin inkişafı istiqamətində ciddi addımlar atır. Bakıya yerinə yetiriləcək uçuşlar müştərilərimizin tələbidir və bu addım yeni istiqamətlərin ekspansiyası baxımından vacibdir", - deyə şirkətin baş icraçı direktoru Rohit Ramaçandran bildirib.
Mediainfo.az
Digər xəbərlər