DGK: İsrail vətəndaşına qarşı qanunsuzluğa yol verilməsi ilə bağlı yayılan məlumat yalandır

DGK: İsrail vətəndaşına qarşı qanunsuzluğa yol verilməsi ilə bağlı yayılan məlumat yalandır

23 May 2017 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsi (DGK) ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarşı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatların yayılmasına münasibət bildirib.

DGK Mətbuat Xidmətindən verilən məlumata görə, sözügedən məlumatlar həqiqətə uyğun deyil: "Qeyd edək ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu aşağıdakı videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək". (apa)

Mediainfo.az