Azərbaycanda ən aşağı kredit faizi Naxçıvanda imiş…

Azərbaycanda ən aşağı kredit faizi Naxçıvanda imiş…

16 May 2017 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda 2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşunun 85,3%-i Bakı şəhərinin payına düşüb və kreditlər üzrə orta faiz dərəcəsi illik 9,1% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq icmalına istinadən xəbər verir.

Hesabata əsasən, regionların kreditləşməsi ölkə üzrə cəmi kreditlərin 14,7%-ni əhatə edib və faiz dərəcəsi 9-22,2% arasında dəyişir. Ölkə üzrə isə kreditlərin orta faiz dərəcəsi aprelin 1-nə 10,6% olub.

Beləliklə, regionların kreditləşməsi illik müqayisədə azalıb. Belə ki, ötən ilin müvafiq dövründə kreditlərin 84,2%-i Bakı şəhəri, 15,8%-i regionların payına düşüb.

Mediainfo.az