
İaşə obyektlərinin sahiblərinin nəzərinə!
Mediainfo.az xəbər verir ki, Milli Turizm Təbliğat Bürosu Bakı şəhərində fəaliyyət göstərən iaşə obyektlərində şəhərimizə gələn qonaqlara göstərilən xidmət səviyyəsininvə turist məmnunluğunun artırılması, eləcə də, kiçik və orta sahibkarlığa dəstək məqsədilə monitorinq və təlim proqramını həyata keçirir. İaşə obyektlərinin sahiblərini göstərilən xidmət səviyyəsini
ölçmək və işlərində irəliləyişə nail olmaq üçün bu proqrama qoşulmağa dəvət edirik.
Xidmətlər ödənişsiz əsasla göstərilir və nəticələr yalnız iaşə obyektlərinin sahibləri və menecerlərinə təqdim olunur. Nəticələrin ictimailəşdirilməsi nəzərdə tutulmur. Layihədə iştirak etmək üçün aşağıdakı tələblərə cavab vermək zəruridir:
- iaşə obyekti kiçik və orta biznes kateqoriyasına aid olmalıdır;
- iaşə obyekti turistləri cəlb etmək potensialına malik olmalıdır;
- iaşə obyektlərinin sahibləri yenilikləri dəstəkləməli və xidmət
səviyyəsinin artırılması arzusunda olmalıdırlar.
Layihədə iştirak ərizəsini doldurmaq üçün aşağıdakı linkdən istifadə
edilməlidir
https://docs.google.com/forms/d/e/1FAIpQLSfx61D7R-PtdpHKZwWH9X5Yxp7hWPbG2oOyfI20TZFBuvaAPg/viewform?c=0&w=1
Məlumtları eyni zamanda [email protected] ünvanına da göndərmək
olar. Ərizələrin son qəbul tarixi 10 may 2017 ildir.
Mediainfo.az