SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edilmədən təbii qaz kəsildi -YASAMALDA

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edilmədən təbii qaz kəsildi -YASAMALDA

30 Noyabr 2016 11:20
Bəyəndim (1) Bəyənmədim (0)

Yasamal rayonunun müəyyən hissəsinə təbii qazın verilməsi bu saatdan etibarən dayandırılıb. Əsasən "İnşaatçılar" metrostansiyasının ətrafındakı məhəllə sakinlərinə xəbərdarlıq etmədən qaz nədənsə kəsilib. Bu səbəbdən Yasamal rayon Qaz idarəsi ilə əlaqə saxlamağa cəhd göstərdik. Lakin hələ ki, dəstəyi qaldıran bir şəxs tapılmayıb.

Xatırladaq ki, dövlət idarəsində iş rejimi səhər saat 8-9 radələrindən etibarən start götürdüyü halda, qaz idarəsinin işçiləri hələ ki, üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər.

Mövzuya qayıdacağıq.

Hazıradı: Könül Aypara