Kəmaləddin Heydərov Lənkəranda vətəndaşlarla görüşəcək

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşlarla görüşəcək

26 Oktyabr 2016 16:41
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 28-də Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saat 11.00-da başlayacaq qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında oktyabrın 27-də saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Mediainfo.az