Dünya birjalarında neft ucuzlaşıb, qızıl bahalaşıb
Dünya birjalarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq 51,38 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar azalaraq 52,54 dollar olub.
"Apa-Economics" xəbər verir ki, Amerika fond bazarında Dow Jones indeksi 0,22% - 18 202,62 bəndədək, S&P 500 0,22% - 2 144,29 bəndədək, NASDAQ 0,05% - 5 246,41 bəndədək artıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,31% - 7 021,92 bəndədək, Almaniya DAX-ı 0,13% - 10 645,68 bəndədək, Fransa CAC-40-ı 0,25% - 4 520,30 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,20 dollar bahalaşaraq 1 273,10 dollar, gümüş isə 0,06 dollar artaraq 17,73 dollara satılıb.
Mediainfo.az






































.jpg)
.jpg)
.jpg)












































