"Bank VTB (Azərbaycanın)"-ın rəhbərliyinə yeni təyinat olub  - FOTO

"Bank VTB (Azərbaycanın)"-ın rəhbərliyinə yeni təyinat olub - FOTO

13 Oktyabr 2016 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Bank VTB" (Azərbaycan) ASC-nin rəhbərliyinə yeni təyinat olub.

Qorxmaz Ağayev bankın Müşahidə Şurasının üzvü təyin olunub.

Qeyd edək ki, Q. Ağayev AtaHolding ASC-nin hüquq departamentinin müdiridir. 2015-ci ilin yanvarından 2016-cı ilin fevralınadək isə "Caspian Development Bank" ASC-nin Müşahidə Şurasının üzvü olub. Bankir həmçinin Azərbaycanda nümayəndəlik açmış "AzMont İnvestments" MMC-nin qanuni təmsilçisidir.

"Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərinin 51%-i Rusiyanın "Bank VTB" ASC-yə, 48,99% "AtaHolding" ASC-yə, 0,01% isə fiziki şəxsə məxsusdur.

Mediainfo.az