Berat Albayrak: “Türkiyə bölgədə sabitliyə xidmət edən hər bir layihəyə dəstək verəcək”

Berat Albayrak: “Türkiyə bölgədə sabitliyə xidmət edən hər bir layihəyə dəstək verəcək”

10 Oktyabr 2016 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Siyasi baxımdan qeyri-stabil olan ölkələrə baxsaq, həmin ölkələrin enerji qaynaqları ilə zəngin olduğunu görərik".

Apa-nın məlumatına görə, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak deyib. Nazir bildirib ki, enerji qaynaqları və enerjinin ixracat yolları sabitliyə xidmət edə bilər: "Bu gün enerji qaynaqları ilə bərabər, enerji resurslarının təhlükəsiz daşınması da böyük əhəmiyyət kəsb edir. Türkiyə bu sahədə çox önəmli rol oynayır. Türkiyə bu sahədə qarşılıqlı fayda və bu fəaliyyətin bölgədə sabitliyə xidməti etməsi prinsiplərindən çıxış edir. Türkiyə bölgədə sabitliyə xidmət edən hər bir layihəyə dəstək verəcək. Enerji layihələri bölgədə və dünyada problemlərin çözülməsində, barışın təmin olunmasında önəmli rol oynayacaq. Bunun üçün qaynaqları ədalətli şəkildə paylaşmalıyıq".

Mediainfo.az