Dollar və avro ucuzlaşır, rubl bahalaşır
Azərbaycan manatı dəyər qazanmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, manat ABŞ dollarına nisbətən 0,2% bahalaşıb. Doların bugünkü məzənnəsi 1,6138 manat olub.
Avro da manata nisbətən ucuzlaşıb. Belə ki, 0,52% ucuzlaşaraq 1,8071 manat olub.
Rusiyanın milli valyutası rubl oktyabrın 3-ü ilə müqayisədə 0,78% bahalaşaraq 0,0259 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,86% ucuzlaşaraq 0,5336 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0724 manatdır. Beləliklə, funt sterlinq 1%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,32% ucuzlaşaraq 0,6897 manat təşkil edib.
Mediainfo.az
Digər xəbərlər








































































.jpg)
.jpg)
.jpg)








.jpg)


