Siqaret bahalaşdı!
Azərbaycanda bu gündən topdan və pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.
Siqaretlərin qiymətində orta hesabla 10-20% artım müşahidə olunur.
Satıcıların sözlərinə görə, qiymət artımı bütün markalara şamil olunub. Artımın səbəbi açıqlanmır.
Qeyd edək ki, bu, son günlər ərzində ikinci qiymət artımıdır. Belə ki, avqustun 29-da da qiymət artımı baş verib. Həmin gün bəzi tütün məmulatları 10-20% bahalaşıb.
Mediainfo.az
Digər xəbərlər