
Dollar bu gün də qalxdı
ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 1-i ilə müqayisədə 0,25% möhkəmlənərək 1,6362 manat olub. Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,68% möhkəmlənərək 1,8327 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,8% ucuzlaşaraq 0,0248 manat olub.
Türkiyə lirəsinin məzənnəsi 0,02% möhkəmlənərək 0,5518 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1730 manatdır. Beləliklə, funt sterlinq 1,28%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,46% artaraq 0,7145 manat təşkil edib.
Mediainfo.az
Digər xəbərlər