
Azərbaycanda dövlət büdcəsindən ipoteka üçün ayrılan məbləğ artırılıb
Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə güzəştli kreditlərin verilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait artırılıb. Bu barədə AİF-in 8 aylıq hesabatında bildirilir. Fondun məlumatlarına görə, bu ilin yanvar-avqust aylarında dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün 14,2 mln. manat ayrılıb.
Xatırladaq ki, bu il büdcədən həmin məqsədlər üçün ümumilikdə 14 mln. manatın ayrılması planlaşdırılırdı. Amma artıq ilk 8 ayda bu hədd keçilib. Qeyd edək ki, Azərbaycanda büdcədən sosial ipoteka məqsədilə ayrılan vəsaitin həcmi artırılacağı gözlənilirdi. Azərbaycan Mərkəzi Bankının sədr müavini Aftandil Babayev "APA-ECONOMICS"ə bildirmişdi ki, büdcəyə dəyişikliklər ediləndə AMB də bu sahəyə ayrılan vəsaitin artırılmasını təklif edəcək.
Tofiq Əliyev
O.M.