Neft kəskin bahalaşdı

Neft kəskin bahalaşdı

30 Avqust 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu-York birjasında "Light Sweet Crude Oil" markalı neft 1,90 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 87,27 dollara çatıb. Neftin qiymətinin artması dünyanın ən iri enerji istehlakçılarından olan ABŞ-da istehlak xərcləri ilə bağlı müsbət statistika ilə əlaqələndirilir. Ötən gün məlum olub ki, amerikalılar iyulda əvvəlki aylarla müqayisədə daha çox pul xərcləyiblər. Bu, treyderlərin mümkün resessiya ilə bağlı narahatlıqlarını yox edib. Ötən gün London birjasında "Brent Crude Oil" markalı neftin bir barelinin qiyməti 0,52 dollar bahalaşaraq, 111,88 dollara yüksəlib.

Qara qızıl ağ günə çıxdı.

Tofiq Əliyev

O.M.