Sahib Ələkbərov: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq"

Sahib Ələkbərov: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq"

26 İyul 2016 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin ilk yarısında Azərbaycanın neft sektorundan vergi daxilolmaları 33,6% azalıb. "Report" xəbər verir ki, bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, qeyri-neft sektorunda vergi daxilolmaları artıb: "Neft sektorundan fərqli olaraq, qeyri-neft sektorundan daxilolmalar 9,4% artıb".

Bununla yanaşı bildirilib ki, cari ilin ilk yarısında neft sektorundan büdcə daxilolmaları 21,8%, qeyri-neft sektoru isə 78,2% olub.

Nazir müavini vergi sistemində yeni dəyişiklər olacağının da mesajını verib: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq və yanvarın 1-dən qüvvəyə minəcək".

Mediainfo.az