Azadlığa buraxılan məhbuslar birdəfəlik pul müavinəti ilə təmin edilib

Azadlığa buraxılan məhbuslar birdəfəlik pul müavinəti ilə təmin edilib

25 İyul 2016 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3 484 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən KİV-ə verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq həmin insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib. Qeyd olunan dövrdə həmin şəxslərdən nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi diqqətdə saxlanılır. Keçən il və cari ilin ötən dövründə 200 nəfərə yaxın belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. (apa)

Mediainfo.az