TANAP-a 2 ölkə də qoşulacaq
Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Xətti layihəsi genişlənmək üzrədir.
"Sabah" qəzetinə istinadən xəbər verir ki, daha 2 ölkə 10 milyard dollarlıq layihəyə qoşulmaq üçün müraciət edib. Məlumatlara görə, Şimali İraq və Türkmənistan bu kəmərdən istifadə etmək niyyətini açıqlayıb.
TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib ki, hazırda məsələ ilə əlaqədar araşdırmalar aparılır: "İraq və Türkmənistanın TANAP-a qoşulması mümkündür. İşlər davam etdirilir".
Qeyd edək ki, TANAP-dan ilk qaz idxalı 2018-ci ildə nəzərdə tutulub.
Mediainfo.az
Digər xəbərlər




















































.jpg)
.jpg)
.jpg)
































