Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edib

Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edib

21 Aprel 2016 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Qusar rayonunda Quba, Qusar, Xaçmaz, Şabran, Xızı sakinlərini qəbul edib.

Apa-nın şimal bürosunun xəbərinə görə, vətəndaşların müraciətləri daha çox xidmətin aidiyyəti şöbə və bölmələrində işə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul, veteran adı alma, şəhid statusunun verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılacaq övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Vətəndaşların xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdı

Mediainfo.az