“Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik edilib
Bu gün Milli Məclisin plenar iclasında "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.
Apa-nın xəbərinə görə, qanun layihəsi barədə Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Təklif edilən dəyişikliyin psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılmasını nəzərdə tutur.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Asim Mollazadə son dövrlər mətbuatda intihar xəbərlərinə rast gəlindiyini xatırladıb: "Ağır psixoloji durumda olan insanların müraciət edəcəyi mərkəzlər yoxdur. Səhiyyə Komitəsi bununla bağlı müvafiq sistemin yaradılmasına çalışmalıdır. İntihara cəhd edilmiş insanların da məcburi müalicəyə cəlb edilməsi mexanizmi yaradılmalıdır".
Spiker Oqtay Əsədov bildirib ki, inkişaf etmiş ölkələrdən olan Danimarka intiharların sayına görə birinci yerdədir: "Demək istədiyim odur ki, intiharların müxtəlif səbəbləri var".
Ə. Əmirasalanov isə deyib ki, "Psitxatriya haqqında" qanunda bütün məsələlər əksini tapıb: "Ancaq Azərbaycanda "Psixoloji yardım haqqında" qanunun qəbuluna ehtiyac var. Bu sahədə bizdə boşluq var. Müəssisələrin bir çoxunda psixoloq ştatı var, ancaq bu yardımı göstərəcək mütəxəssislər yoxdur, ya da səviyyələri o qədər yüksək deyil".
Qanun layihəsi müzakirə edilərək qəbul edilib.
Mediainfo.az








































.jpg)
.jpg)
.jpg)


























.jpg)
.jpg)
.jpg)

















