Bazar günü keçirilən sınaq imtahanının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da 33 şəhər və rayonda 49224 abituriyent üçün keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanın nəticələri və cavab kartlarının qrafik təsvirləri Komissiyanın rəsmi saytında yerləşdirilib.
İmtahan nəticələri barədə məlumatı həmçinin iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
Mediainfo.az
Digər xəbərlər



























































































