Putin Özbəkistanın 865 mln dollar borcunun silinməsi barədə sazişi imzalayıb

Putin Özbəkistanın 865 mln dollar borcunun silinməsi barədə sazişi imzalayıb

6 Aprel 2016 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Özbəkistanın 865 mln dollar borcunun silinməsi barədə razılaşmanın ratifikasiya olunması barədə qanunu imzalayıb. apa-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, 2014-cü ilin sonunda imzalanmış sazişin çərçivəsində SSRİ-nin süqutu ilə bağlı qarşılıqlı iddiaların və Özbəkistanın 1992-93-cü illərdə aldığı kreditlərlə bağlı iddiaların nizamlanması nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ilin noyabrın 1-nə olan məlumata görə, Özbəkistanın borcu 889,3 mln dollar təşkil edib, onlardan 388,7 mln dolları faizdir. Özbəkistan borcun yalnız 43,1 mln dollar məbləğində olduğunu etiraf edib, həmçinin keçmiş SSRİ-nin Almaz Fondunda paya malik olduğunu bildirib.

Sazişin şərtlərinə əsasən, tərəflər qarşılıqlı iddialardan imtina edir, Özbəkistan isə üzərinə Rusiyaya yalnız 25 mln dollar ödənilməsinə dair öhdəlik götürüb.

Mediainfo.az