Mərkəzi Bankda struktur dəyişikliyi aparılır
Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişikliyi aparılır. Bu barədə KİV-ə AMB-dən bildirilib.
Məlumatda qeyd edilib ki, bank nəzarəti və Mərkəzləşdirilmiş Kredit Reyestri ilə bağlı funksiyaların yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsi ilə əlaqədar müvafiq struktur dəyişikliyinin həyata keçirilməsi prosesi gedir.
Proses tamamlandıqdan sonra struktur dəyişikliklərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Mediainfo.az
Digər xəbərlər